“Real”ın müdafiəçisi Daniel Karvaxal və Madrid klubunun hücumçusu Xoselu ağır zədə səbəbindən “Barselona”nın yarımmüdafiəçisi Qaviyə dəstək olduqlarını bildirib.
İdmanxeber.az-ın məlumatına görə, onlar bu barədə sosial şəbəkə hesablarından paylaşım ediblər. Futbolçular “Rəqibik və həmkarıq, lakin hər şeydən əvvəl insanıq. Daha güclü qayıdacaqsan, dostum. Uğurlar Gavi” – deyə, bildirib.
Qavi bazar günü futbolçu İspaniya millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Gürcüstanla oyununda (3:1) dizinin çarpaz bağından zədə alıb. Qavnin azı 6 ay yaşıl meydanlardan kəmar qalacağı gözlənilir.