Tomas Müller 2025-ci ilə qədər karyerasını davam etdirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı oyunçunun “Bavariya” ilə müqaviləsi mövsümün sonunda bitir. Münhen təmsilçisi Müllerin sözləşməsini uzatmaqda istəklidir.
Ancaq tərəflər arasında hələlik razılıq yoxdur. Tomas illik 20 milyon avroyla “Bavariya”da ən çox qazananlardan biridir.