UEFA Azərbaycanın iki klubuna ödəniş edib.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Qəbələ” (Gənclər Liqası) Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərə qatıldıqları üçün müvafiq olaraq 403 600 və 25 500 avro maliyyə vəsaiti alıblar.
Məbləğ AFFA-nın vasitəsilə ilə klubların büdcəsinə köçürülüb.