“Qalatasaray” “Makkabi Hayfa”da çıxış edən Anan Xalaylini transfer etmək istəyib.
İdmanxeber.az-ın məlumatına görə, İsrail klubu bu təklifi qəbul etməyib. 19 yaşlı futbolçu bu mövsümdən etibarən “Makkabi Hayfa”nın əsas komandasında çıxış etməyə başlayıb.
14 oyuna çıxan Xalayli 2 qol vurub və 1 məhsuldar ötürmə edib.