Fransalı hücumçu Olivye Jiru “Milan”dan ayrılmaq istəmir
İdmanxeber.az-ın məlumatına görə, müqaviləsi mövsümün sonunda bitəcək fransalı hücumçu bu barədə danışıb:
“Mənim müqaviləm 2024-cü ilin yayında bitəcək. Klubla gələcəyim barədə hələ danışmamışam. Qalmağı çox istəyərəm. Düşünürəm ki, komandaya hələ də köməyim dəyə bilər”.
37 yaşlı Jiru bu mövsüm 15 oyuna çıxıb və 8 qol vurub.