I Liqa IX turunda “Şamaxı”nın “Karvan”a məğlubiyyətindən (2:4) sonra baş məşqçi Vüqar Əsgərli istefa verib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi ilə görüşən mütəxəssis ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığı üçün komandadan ayrılmaq istədiyini bildirib.
Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.