25 Noyabr 2024
Dünya futbolu

“İlk hissədə daha çox qol vurmalı idik” – Harri Keyn

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 12-ci turunun matçında “Köln” üzərində qələbədən (1:0) danışıb.

İdmanxeber.az-ın məlumatına görə, matçın yeganə qolunun müəllifi olan ingiltərəli hücumçu görüşün çox yaxşı keçdiyini bildirib:

“Bu, həqiqətən yaxşı oyun idi. İlk hissədə daha çox qol vurmalı idik. İkinci hissədə oyuna nəzarət etdik. Bu, beynəlxalq fasilədən sonra mühüm qələbədir. Nəticə ən vacib şeydir. Bəzi insanlar yəqin ki, bir az daha çox şey gözləyirdi, lakin “Köln” yaxşı müdafiə olundu”.

Keyn bu mövsüm Bundesliqada 12 matçda 18 qol vurub. O, bir mövsümdə bu qədər qol vuran ilk ingilis futbolçu kimi Almaniya çempionluğu rekorduna imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43