Ceremi Frimponq “Bayer”dən (Leverkusen) ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, sağ cinah müdafiəçisinin müqaviləsində 40 milyon avroluq sərbəst qalma bəndi var. Niderlandlını transfer etmək istəyən komandalar bu məbləği ödəyib onu heyətinə qata bilər.
Frimponq bu mövsüm 17 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.