Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunu öncəsi PSJ və “Nyukasl” azarkeşləri arasında dava düşüb.
İdmanxeber.az-ın məlumatına görə, hadisə noyabrın 27-də Parisdə baş verib. Fransa klubunun azarkeşləri paytaxtdakı barların birində ingilislərə hücum edib. Dava zamanı azarkeşlər bir-birinə stullar atıb.
Noyabrın əvvəlində İtaliyada Çempionlar Liqası matçından əvvəl “Milan” azarkeşləri PSJ fanatlarına hücum etmişdi.
PSJ – Nyukasl matçında noyabrın 28-də start götürəcək.