Türkiyənin “Bursaspor” klubu fəaliyyətini dayandıra bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub rəhbəri Recep Günay açıqlama verib. O, Bursa klubuna verilən 3 illik transfer qadağası cəzasını belə şərh edib:
“Bursaspor” bu cəzaya dözə bilməz. Bu, artıq yavaş-yavaş klubun dağılması deməkdir”
Uzun müddətdir maliyyə böhranı yaşayan “ağ-yaşıllar” Türkiyənin aşağı liqasında çıxış edir. “Timsahlar” 2009-10 mövsümündə Super Liqa çempionu olub.