Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş futbol üzrə yığma komandamızı çalışdıra bilər.
İdmanxeber.az “Ajansspor”a istinadən xəbər verir ki, AFFA rəhbərliyi təcrübəli mütəxəssisi millinin başına gətirmək istəyir. Artıq tərəflər arasında danışıqlar başlayıb.
Xatırladaq ki, mövsümə “Beşiktaş”da başlayan Günəş uğursuz gedişatın ardından istefa verib.