18 Oktyabr 2024
Dünya futbolu

“Sevilya”nın stadionu təmirə bağlanır

“Sevilya” 2026-cı ildən etibarən öz stadionunu təmir etməyi planlaşdırdığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Roman Sançes-Pisxuan” tutumu 44 mindən 55 minə artırılacaq.

Stadiondakı işin 2 il davam edəcəyi gözlənilir. Əndəlüs klubu bu müddət ərzində başqa yerdə oynamalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43