19 Sentyabr 2024
Dünya futbolu

“Atletiko” “Barselona”dan 80 milyon tələb edir

“Barselona” rəhbərliyi hücumçu Joao Feliksin transferinə görə “Atletiko”ya böyük təzminat ödəmək fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 24 yaşlı portuqaliyalı üçün təxminən 80 milyon avro almaq niyyətindədir. Lakin “Barsa” ona qarşılıq bu məbləği ödəməyə hazır deyil. 

“Barselona”nın Feliks üçün 30-40 milyon avro təklif edə biləcəyi bildirilir. “Atletiko” imtina edərsə, klub satın almaq imkanı ilə oyunçunun icarə müddətini daha bir mövsüm uzatmağa çalışacaq.

Bu mövsüm Feliks “Barselona”nın heyətində bütün yarışlarda 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43