Antuan Qrizmann “Atletiko”nun Avropada oynadığı son klub olmağını istəyir.
İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard Madrid klubundakı gələcəyi barədə bunları deyib:
“Mənim arzum burada davam etməkdir. “Atletiko”da klub səviyyəsində istədiyim bütün levellərə çatmışam. Baxaq, mənə şans verəcəklərmi, burada yaxşı oyunçular çoxdur”.
Qrizmann bu mövsüm 21 oyunda 14 qol vurub.