27 Dekabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan” və “Qəbələ” 1/4 finalda – YENİLƏNİB

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq “İrəvan” “Araz-Naxçıvan”ı qəbul edib. Naxçıvan təmsilçisi görüşdən darmadağınla qələbə qazanıb – 8:2.

Günün ikinci matçı “İmişli” və “Qəbələ” komandaları arasında reallaşıb. Qəbələ şəhər stadionundakı görüş “qırmızı-qaralar”ın qələbəsi ilə sona çatıb – 1:0.

Azərbaycan Kuboku

1/8 final

13:00. “İrəvan” – “Araz-Naxçıvan” 2:8

Qol: Vüsal Qənbərov, 16 (1:0), Aleksey Nqando, 24 (1:1), Orxan Əliyev, 24 (1:2), Vüsal Əsgərov, 37 (2:2), Aksel Nqando, 43 (2:3), 45+4-pen. (2:4), Orxan Əliyev, 51 (2:5), Miço Kuzmanoviç, 73 (2:6), Elvis Maşike, 80 (2:7), 83 (2:8)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“ASK Arena” (“CBC Sport”/canlı)

16:00. “İmişli” – “Qəbələ” 0:1

Qol: Mehrac Baxşalı, 90+4
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43