İşğaldan azad olunmuş Ağdam şəhərində “İmarət” stadionunun inşasına başlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev açıqlama verib. Dövlət başçısı Xankəmdi şəhərində keçiriləcək “Qarabağ” – MOİK görüşü öncəsi çıxışında bildirib ki, bir neçə ay sonra Ağdam şəhərində “İmarət” stadionunun tikintisinə start veriləcək.
Xatırladaq ki, “Qarabağ” – MOİK oyunu saat 14:00-da başlayacaq.