Bu gün Premyer Liqada 18-ci tura start verilib
İdmanxeber.az xəbər verir ki, 2-ci dövrənin və ilin son turunun ilk oyun günündə 1 görüş keçirilib.
Sonuncu pillədə qərarlaşan “Qəbələ” “Sabah”ı məğlub edib – 1:0. Görüşün ikinci yarısında “bayquşlar”ın futbolçusu Anatoli Nuriyev penaltidən yararlana bilməyib.
Bu nəticənin ardından əyalət təmsilçisi 14 xalla 10-cu pillədədir. “Sabah” isə 22 xalla 7-cidir.
Turun digər oyunları isə dekabrın 23-də və 24-də keçiriləcək.
Qeyd edək ki, bu turun ardından komandalar qış fasiləsinə yollanacaq. 3-cü dövrəyə isə 2024-cü il yanvarın 21-də start veriləcək.
22 dekabr
16:00 “Qəbələ” – “Sabah” 1:0
Qol: Murad Musayev, 45+1.
Qəbələ şəhər stadionu