Xəbər verdiyimiz kimi, “Neftçi” yeni baş məşqçi – Miodroq Bojoviçlə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, komandanın baş icraçı direktoru Fərrux Mahmudov bu təyinatla bağlı mətbuat konfransında jurnalistlərin suallarını dəyərləndirib.
– İlk dəfədir ki, “Neftçi”də belə ani təqdimat olur. Bu tələskənlik idi, yoxsa şəffaflıq?
– Təbii ki, şəffaflıqdır. Miodroq Bojoviç Bakıdadır. İstəyirdik ki, bunu hamı bilsin.
– Bojoviçin qarşısına hansı hədəf qoyulub?
– Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır.
– Adrian Mutu ilə yolların ayrılmasında nə həlledici rol oynadı?
– Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyası dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır.
– Namizədlər siyahısında yerli baş məşqçinin adı var idi?
– Xeyr, yox idi.