“Futbolçuları təbrik edirəm. Dinamik və səbirli oyunla yaxşı qalibiyyət əldə etdilər. Hər iki komandanı təbrik edirəm. İlin son oyunu idi. Azarkeşlər üçün maraqlı oyun göstərdilər. Bir neçə gün istirahət edə bilərlər. Onlar üçün darıxacağam. Bilmirəm onlar mənim üçün darıxacaqlar, ya yox, amma yanvarın 5-də yenidən toplanacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Ümumən tempi qorumaq asan deyil. Rəşad Sadıqov komandanı yaxşı hazırlamışdı. İlk dəqiqələrdən hiss olunurdu çəkinmədən oynayırdılar. Bizim üçün asan olmadı. İkinci hissənin sonlarında “Zirə” üstünlüyü ələ aldı. Rəşad risqə getdi və hücumları daha da artırdılar. Ola bilər yorğunluq təsir etdi, amma ümumilikdə azarkeşlər üçün maraqlı oyun keçdi.
İstirahət üçün vaxtım az olacaq. 2-3 gündən sonra iş başında olacam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur. Vaxtımız azıdır. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayaccaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq”.