Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanan “Turan Tovuz” Antalyada təlim-məşq toplanışına start verib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sözügedən şəhərdə ilk məşqinə çıxıb.
Qeyd edək ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.
Komanda yanvarın 15-də isə Macarıstanın “Şiofok”u, Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.