“Turan Tovuz”un futbolçusu Səbayıl Bağırov komandadan ayrılıb.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu karyerasını I Liqada davam etdirəcək. O, “Şamaxı” klubu ilə razılaşıb. Transfer yaxın zamanda rəsmən açıqlanacaq.
Xatırladaq ki, Bağırov “Turan Tovuz”un heyətində forma şansı qazana bilmirdi. O, cari mövsüm Tovuz klubu ilə 1 oyunda meydana çıxıb.