“Turan Tovuz” qış təlim-məşq toplanışını Antalyada davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Bruno Qonçalves, Otto Con və Paçu Luis ilə ilk gündən komanda ilə birgə Türkiyəyə yollanıb. Heyətin digər əcnəbi futbolçuları isə sabah Antalyada klubun düşərgəsinə qoşulacaq.
Xatırladaq ki, Tovuz klubu qardaş ölkədə 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 9-da Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşacaq. Ayın 15-də isə “Turan Tovuz” Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” klubları ilə üz-üzə gələcək.