“Qəbələ”nin və milli komandanın futbolçusu Emil Səfərov Türkiyə klubunun maraq dairəsinə düşüb.
İdmanxeber.az-a verilən məlumata görə, Super Liqa təmsilçisi “Samsunspor” futbolçunu heyətinə qatmaq istəyib. “Qırmızı-qaralar”la müqaviləsi davam edən Səfərov bu təklifə müsbət yanaşmayıb. Buna səbəb Samsun klubunun Türkiyə Super Liqasında son sıralarda getməsidir.
Daha sonra FİFA-dan transfer qadağası cəzası verilən Türkiyə təmsilçisi yarımmüdafiəçini gündəmindən çıxarmağa məcbur qalıb.
Xatırladaq ki, millimizin üzvünün bölgə təmsilçisi ilə 2025-ci ilin yayına qədər sözləşməsi var.