Sven-Yoran Eriksson xərçəng olduğunu açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, İsveç radiosuna danışan 75 yaşlı mütəxəssis cəmi 1 il ömrünün qaldığını deyib:
“Bəlkə ən yaxşı halda bir il, ən pis halda bir qədər az, ən yaxşı halda bəlkə daha da uzun… Bacardığım qədər mübarizə aparmalıyam”.
İsveçli mütəxəssis 42 illik məşçqi karyerasında 18 kubok qazanıb. Eriksson İngiltərə millisini, “Latsio”, “Mançester Siti, “Roma” və “Benfika” kimi komandaları çalışdırıb.

