“Ştutqart” kapitanı Valdemar Antonun müqaviləsini uzadacaq.
İdmanxeber.az insayder Fabritsio Romano əsasən xəbər verir ki, Almaniya klubu 27 yaşlı özbəkəsilli müdafiəçiylə 2027-ci ilinə qədər yeni sözləşmə imzalayacaq.
Anton 2020-ci ildən bəri “Ştutqart”da çıxış edir. O, bu mövsüm 19 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.