”Mançester Yunayted” ötən gecə səfərdə “Vulverhemptonu 4-3 hesabıyla məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-şeytanlar”a qələbəni gətirən qolu son dəqiqələrdə 18 yaşlı Kobbi Maynu vurub. Görüşdən sonra Erik ten Haq gənc oyunçu haqqında fikirlərini bildirib:
”Maynu, tam bizim ehtiyacımız olan müasir yarımmüdafiəçidir. Onu meydanda görmək çox gözəldi. Mən ümid edirəm ki, o həmişə belə sakit, təmkinli oynayacaq və oyununun inkişaf etdirməyə davam edəcək”.