“Borussiya”nın (Dortmund) müdafiəçisi Tomas Menye “Trabzonspor”a keçməyə yaxındır
İdmanxenber.az-ın məlumatına görə, tərəflər danışıqların yekun mərhələsindədir. Transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq.
32 yaşlı belçikalının alman klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu mövsüm Menye Bundesliqada 8 oyun keçirib.