06 Oktyabr 2024
Ölkə futbolu

Klub rəhbəri 1000 manat söz verdi

“Kəpəz” rəhbərliyi “Araz Naxçıvan” qələbəsinə (3:1) biganə qalmayacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “sarı-göylər”də Naxçıvan klubuna qarşı çıxış edən əsas heyət üzvlərinin hər birinə 1000 manat mükafat vəd edilib. Sonradan meydana daxil olan oyunçular isə bu məbləğin 70 faizini alacaq. Sözügedən matçda çıxış etməyən futbolçuların payına isə 500 manat düşəcək.

Xatırladaq ki, “Kəpəz” aktivinə 3 xal yazdıraraq, sonuncu sıradakı “Qəbələ” ilə arasındakı xal fərqini 5-ə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43