“Qarabağ”ın daha bir futbolçusu klubdan ayrıla bilər.
İdmanxeber.az “Sporx” nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray” Ağdam klubunun üzvü Toral Bayramovun xidmətində maraqlıdır. İddia edilir ki, “sarı-qırmızılar” millimizin oyunçusunu uyğun bir məblƏğ qarşılığında transfer etmək niyyətindədir.
Bu mövsüm “Qarabağ”ın heyətində 35 oyunda meydana çıxan Bayramov 8 qol vurub və 1 assist edib.