18 Oktyabr 2024
Ölkə futbolu

Amil 50-yə çatdı

Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

İdmanxeber.az-ın məlumatına görə, onun yubileyi Misli Premyer Liqasının 21-ci turuna təsadüf edib.

“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçdakı son qolun müəllifi olub.

Bu, Yunanovun “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43