İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb.
İdmanxeber.az-ın məlumatına görə, bu 23-cü tura təsadüf edib. Turda qapılara ümumilikdə 45 qol vurulub. Bu isə çempionatın tarixinə yeni rekord kimi düşüb. Əvvəlki rekord 2020/21 və 2022/23 mövsümlərində qeydə alınmışdı: bir turda 44 qol vurulmuşdu.
Yeri gəlmişkən, 23 turdan sonra hazırda bu liqada “Liverpul” 51 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Mançester Siti” 49 xalla 2-ci, “Arsenal” isə eyni xalla 3-cü yeri tutur.