01 Yanvar 2025
Ölkə futbolu

“Premyer Liqada 14 klub olanda limit məsələsini müzakirə edərik”

“Hazırkı “7+4″ sistemi gələn il də davam etməlidir. Daha sonra çempionatın gedişinə, Premyer Liqada klublar sayının artılıb-artırılmamasına və gənc futbolçuların yetişməsinə görə bu məsələ müzakirə oluna bilər. Ancaq mövcüd sistemin hələ davam etməsinin tərəfdarıyam”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqada legioner limiti ilə bağlı davam edən müzakirələr barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bizim çempionat maraqlı və çətindir. Bir çox legionerlər belə uyğunlaşmaqda çətinlik çəkir. Üstəlik, gənc oyunçuların, yerli futbolçuların oynaması da şərtdir. Bəli, rəqabət olmalıdır. Amma bizim üçün limitin götürülməsi tezdir. Azərbaycan futbolu buna hazır deyil. Özümüzü bir çox ölkələrlə müqayisə edirik. Amma bundan öncə bəzi kriteriyalara baxmaq lazımdır.

Limitin tamamən ləğv edilməsini deyənlər də var. Gələcəkdə bu məsələyə baxa bilər. Premyer Liqada 14 klub olanda limit məsələsini müzakirə edərik. Ancaq hazırkı sistem özünü yaxşı tərəfdən göstərir. Bəzi klublarda gənc oyunçular yetişir, çempionata yaxşı legionerlər gəlir. “7+4″ sistemi Premyer Liqamız üçün uyğun seçimdir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43