“Borussiya”nın heyətində ciddi itki baş verib.
İdmanxeber.az məlumat verir ki, Dortmund təmsilçisinin hücumçusu Sebastyan Aller sıradan çıxıb.
Fil Dişi Sahili millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriya ilə keçirilən final matçında topuğundan zədə alıb. 29 yaşlı forvardın bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Aller bu mövsüm “Borussiya”nın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub.