Vilfred Zaha yenidən Premyer Liqaya qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı vingerlə ada klubları yaxından maraqlanır. Fil Dişi Sahilili oyunçu bir illik Türkiyə macərasından sonra yenidən “dumanlı albion”a qayıtmaq istəyir.
Zaha ötən ilin yayında azad agent kimi “Qalatasaray”a keçib. O, bu mövsüm bütün turnirlərdə 31 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

