22 Sentyabr 2024
Dünya futbolu

Yığmanın baş məşqçisi “Napoli”yə keçə bilər

Azərbaycanın Millətlər Liqasında rəqiblərindən biri olan Slovakiyanın baş məşqçisi Françesko Kalzona “Napoli”yə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Slovakiya Federasiyası mövsümün sonuna qədər 55 yaşlı mütəxəssisin həm millini, həm də Neapol klubunu çalışdırmağına icazə verəcək.

Kalzona 2022-ci ilin avqustundan Slovakiya millisinə başçılıq edir. O, daha öncə “Napoli”də köməkçi məşqçi kimi çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43