22 Sentyabr 2024
Ölkə futbolu

Millimizin futbolçusu əməliyyat olundu: “Daha ciddi problem ola bilərdi”

“Araz Naxçıvan”ın futbolçusu Abdulla Rzayev əməliyat olunub.

Bu barədə İdmanxeber.az saytına futbolçunun özü məlumat verib. U-21 millimizin üzvü bir müddət daha yaşıl meydanlardan kənar qalacağını bildirib:

Qarabağ” oyunundan sonra müalicəyə getdim. Barmağımda deşik əmələ gəlmişdi. Ortasında çirk var idi. Vaxtında üstünə düşməsəydim, daha ciddi problem ola bilərdi. Həkimlər əməliyyat etdi, barmağıma tikiş qoydular. 

Qarşıdakı “Zirə” görüşündə meydanda ola bilməyəcəm. Yəqin ki, bu qarşılaşmadan sonra yüngül məşqlərə başlaya bilərəm. “Sabah”la matçda isə oynamaq şansım var. Hər şey baş məşqçinin qərarından asılıdır”.

Xatırladaq ki, “Araz Naxçıvan” – “Zirə” görüşü fevralın 25-də baş tutacaq. Naxçıvan təmsilçisi növbəti turda “Sabah”la üz-üzə gələcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43