Fevralın 23-də “Qarabağ”ın Avropa Liqası 1/8 final mərhələsində rəqibi bəlli olacaq.
İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:
“Atalanta” (İtaliya)
“Bayer” (Almaniya)
“Brayton” (İngiltərə)
“Vest Hem” (İngiltərə)
“Vilyareal” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya)

