”Liverpul” növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Mersisayd klubu Xabi Alonsonu razı sala bilməsə, baş məşqçi postuna Ruben Amorimi gətirməyi düşünür.
Amorim 2020-ci ildən bəri “Sportinq”i çalışdırır. O, Lissabon klubuna 2021-ci ildə ölkə çempionluğunu qazandırmağı bacarıb.
Xatırladaq ki, ötən ay Yürgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı.

