08 İyul 2026
Ölkə futbolu

Rəşad Sadıqov: “Yaşadığım hissləri sözlərlə ifadə edə bilmirəm”

“Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadıqov Ağdam təmsilçisinin Avropa Liqasında 1/8 final mərhələsinə yüksəlməsinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə”nin baş məşqçisi təmsilçimizin tarixi uğuru barədə sosial şəbəkə hesabından belə paylaşım edib:

Bu gün meydanda baş verənləri, yaşadığım hissləri sözlərlə ifadə edə bilmirəm. Azərbaycan futbol tarixinin yeni zirvəsi fəth olundu. Təşəkkürlər, “Qarabağ”! Təşəkkürlər, Qurban Qurbanov!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43