08 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın rəqibi “Bayer” oldu

“Qarabağ”ın Avropa Liqasının 1/8 finaldakı rəqibi “Bayer” (Leverkuzen) oldu.

İdmanxeber.az-ın məlumatına görə, eyni qrupda mübarizə aparan komandalar bu dəfə pley-off mərhələsində münasibətlərinə aydınlıq gətirəcək.

Qrupdakı hər iki oyun “Bayer”in xeyrinə yekunlaşmışdı. Leverkuzen klubu Almaniyadakı oyunu 5-1 hesabıyla, “Tofiq Bəhramov” keçirilən görüşü isə 1-0 hesabıyla qələbəylə başa vurmuşdu.

İlk oyun martın 7-si Bakıda, ikinci oyun isə səfərdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43