18 Oktyabr 2024
Ölkə futbolu

Qafitullin: “Onlara diqqətli olmalarını tapşırmışdıq“

“Sabah” Premyer Liqanın 24-cü turunda “Səbail”ə 0:2 hesabıyla məğlub olub.

İdmanxeber.az məlumat verir ki,  “Sabah”ın məşqçisi Ruslan Qafitullin oyundan sonra bu fikirləri səsləndirib.

“Birinci hissədə göründü ki, hər iki komanda məğlub olmaq istəmir. Ona görə də, ehtiyatlı oynayırdılar. Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, “Səbail”də fərdi ustalığı olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. “Səbail” çalışırdı ki, bizi əks-hücumda tutsun. Elə də oldu”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43