18 Oktyabr 2024
Ölkə futbolu

“Hücumda potensialımız böyükdür” – Şahin Diniyev

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Səbail” “Sabah”ı məğlub edib – 2:0

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra “dənizçilər”in baş məşqçisi Şahin Diniyev bu fikirləri səsləndirib:

“İqor Ponomoryovun bu gün doğum günüdür, onu təbrik edirəm. Əsas can-sağlığıdır. Bu gün hər cür nəticə ola bilərdi. “Sabah” yaxşı komandadır. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. Onların keyfiyyətli oyunçuları var. Təşkilatlanmış kollektivdir, oyun stilinə sahibdirlər. Bizim üçün çətin idi, ilk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı. Bu gün “Səbail” kompakt, komanda şəkildə xarakteri özünü göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin hədiyyəsindən sonra 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. “Sabah”a gələcək oyunlarda uğurlar arzulayıram”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43