“Votford” baş məşqçi Valeryen İsmaelin vəzifəsinə son verib.
İdmanxeber.az-ın məlumatına görə, Çempionşip klubu ard-arda gələn pis nəticələrdən sonra bu qərarı verib. Onlar son 7 oyunda cəmi bir qələbə qazanıb.
İsmael ötən ilin mayından İngiltərə klubuna başçılıq edirdi.
“Votford” hazırda 44 xalla 11-ci yeri tutur.