22 Oktyabr 2024
Dünya futbolu

Derbinin hakimi bilindi

Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçının hakimləri açıqlanıb.

İdmanxeber.az məlumat verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və Kerem Ersoy kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bahattin Şimşek yerinə yetirəcək.

Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” qarşılaşması 3 mart tarixində, Bakı vaxtilə saat 20:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43