UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununun biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
🗃 Satış məntəqələri:
📍 Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
📍 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
📍 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
📍”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.