19 Oktyabr 2024
Dünya futbolu

“Real” oyunçusuyla müqaviləni uzatmaq istəyir

“Real” Lukas Vaskeslə yeni müqavilə imzalamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçunun “kral klubu”yla olan sözləşməsi bu yay bitir.  Madrid klubu ona 1 illik yeni kontrakt önərəcək.

“Real”ın yetirməsi olan Vaskes 2015-ci ildən bəri əsas komandada çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 26 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43