Tomas Müller Çempionlar Liqasında 150-ci oyununu keçirib.
İdmanxeber.az məlumat verir ki, bu, dünən keçirilən “Bavariya” – “Real” (2:2) oyununa təsadüf edib.
Müller 150 oyunda 54 qol vurub və 33 məhsuldar ötürmə edib.
Almaniyalı hücumçu həmçinin bir klubla bu rəqəmə çata bilən 3-cü oyunçu olub. Digər oyunçular Xavi (151) və İker Kasilyasdır (150).