30 İyun 2026
Ölkə futbolu

Belçikalı futbolçunu kim heyətinə qata biləcək? – “Araz Naxçıvan” “Sabah”a rəqib oldu

“Qəbələ”nin futbolçusu Əyyub Allaş yayda komandadan ayrılacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Araz Naxçıvan” oyunçunun xidmətində maraqlıdır. Baş məşqçi Elmar Baxşıyev sabiq futbolçusunu heyətində görmək istəyir.

Yaxın vaxtda Naxçıvan klubunun rəhbərliyi təcrübəli mütəxəssisin istəyi üzərinə hərəkətə keçəcək.

Xatırladaq ki, daha öncə “Sabah” klubunun da belçikalı yarımmüdafiəçi ilə maraqlandığını bildirmişdik

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43