30 İyun 2026
Ölkə futbolu

AFFA İcraiyyə Komitəsinin iclasının tarixi bəlli oldu

Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 15:00-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması, Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin, həmçinin 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi məsələləridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43