“Hər iki komanda yaxşı mübarizə apardı. Komandalar meydanın hər zonasında əzmkarlıq göstərməyə çalışırdı. Neçənci oyundur ki, epizodları dəyərləndirə bilmirik. Amma yarım epizoddan qol buraxırıq. Dəyişiləsi çox şey var. Amma bu komandanın özəyini saxlamaq lazımdır. Qarşıdakı iki oyunu düşünüb çempionatı başa vurmalıyıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz” məğıubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:
“Rəqibin istəksiz olduğunu düşünmürəm. Meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Epizodları dəyərləndirməmək ayrı mövzudur. Bəzən konsentrasiya, bəzən də keyfiyyət lazım olur. “Araz-Naxçıvan” Premyer Liqada yeni komandadır. Daha da yaxşı olmağa cəhd etmək lazımdır”.

